Accessibility links

Amerikanın Yunanıstandakı səfirliyi hücuma məruz qalıb


Amerika səfirliyinə qarşı raket hücumu yerli vaxtla səhər saat 6-da həyata keçirilib. Raketin qarşıdakı boş binadan atıldığı təxmin edilir. ABŞ-ın Yunanıstandakı səfri Çarlz Rays Afinada müxbirlərə raketin binaya zərər vurduğunu, işçilərin həmin vaxt idarədə olmasına baxmayaraq, xəsarət alan olmadığını bildirib. “Zorakılığın belə bir mənasız formasına bəraət qazandırmaq olmaz. Heç kimin zərər çəkməməsi və ziyanın minimallığı yaxşı xəbərdir. Mən xarici işlər naziri ilə danışmışam. O məni hökumətin hadisənin məsuliyyətini daşıyanların tapılmasında əlindən gələni əsirgəməyəcəyində əmin edib”-deyə səfir bildirib. Qeyd edək ki, səfirlik bu gün bağlanıb və onun ətraflarında əsgərlər yerləşdirilib. Yunanıstan polisi hadisəni terror aksiyası kimi qiymətləndirir. Səlahiyyəli nümayəndələr isə bunun daxili ekstremistlərin əməli olduğunu deyir. Onların bildirdiyinə görə, solçu yaraqlı qrupların biri-İnqilabi mübazirə hadisənin məsuliyyətini daşıdığını iddia edir. Xatırladaq ki, bu qrup ötən illər ərzində həyata keçirilən bir neçə terror hadisənin məsuliyyətini üzərinə götürmüşdü. Yunanıstanın solçu ekstremistləri ABŞ-ın hərbi personalı və təsisatlarını tez-tez hədəf alır. Buraya Mərkəzi Kəşfiyyat Agentliyinin şöbə müdirinin qətli də daxildir. Ad qazanmış qruplardan biri “17 noyabr” adlı qrupun liderləri hazırda ömürboyu həbs cəzası altındadır.

XS
SM
MD
LG