Accessibility links

Estoniya: Faşizm üzərində qələbə abidəsi ləğv ediləcək


Estoniya prezidenti Tomas Hendrik Sovetlərin nasistlər üzərində qələbəsini qeyd edən xatirə abidəsinin sökülməsini və ya köçürülməsini nəzərdə tutan qanunu təsdiq edib.

Mərkəzi Tallində yerləşən bu abidə rusdillilər və etnik estonlar arasında münaqişə obyekti olub. Belə ki, yerli estonlar ölkələrində 50 il sürən Sovet hakimiyyətinə hələ də dərin nifrət bəsləyirlər. Baş nazir Andrus Ansip deyir ki, abidənin altında dəfn edilmiş Sovet əsgərlərinin qalıqları qəbiristanlıqda yenidən torpağa tapşırılacaq.

Cənab Ansip bildirib ki, adətən xatirə abidələri insanları birləşdirdiyi halda, Sovetlərin abidəsi insanları bölür.

Rusiya isə abidənin sökülməsini qəzəblə qarşılayıb. Rusiya parlamentinin nümayəndəsi Konstantin Kozaçev Estoniyanın hərəkəti ilə bağlı Avropa Şurasına müraciət edəcəyini bəyan edib

XS
SM
MD
LG