Accessibility links

Robert Geytsi Konqresdə sorğu suala tutublar


ABŞ qanunvericiləri Müdafiə naziri Robert Geytsdən əvvəlki vədlər yerinə yetirilmədiyi halda, Vaşinqtonun nə üçün indi iraqlıların vədlərinə inandığını soruşublar. Robert Geyts və Birgə qərargahlar rəisi general Piter Peys prezidentin İraqa əlavə 20 min əsgəri qüvvə göndərmək qərarını müzakirə etmək üçün Senatın Silahlı qüvvələr komitəsində dinləmələrdə iştirak edir. General Peys deyib ki, planlaşdırılmış əməliyyatın əsas mühüm cəhəti ondan ibarətdir ki, İraq komandirləri istər sünnü, istərsə də şiə, bütün cinayətkar elementlərə qarşı mübarizə aparacaqlarına söz veriblər.

XS
SM
MD
LG