Somalidə yaraqlı qüvvələrin bəzi liderləri tərksilah olub milli ordu sıralarına qoşulmağa razı olub. Danışıqlar bu gün Somalinin paytaxtı Moqadişuda ölkənin müvəqqəti prezidenti Abdullahi Yusif və yaraqlı qrupların başçıları arasında keçirilib. Bununla belə, razılığa gətirib çıxarmış danışıqların keçirildiyi binanın yaxınlığında qanlı toqquşma baş vermişdir. Döyüş zamanı beş nəfər ölüb, bir neçə nəfər yaralanıb. Lakin qanlı toqquşmaya baxmayaraq, hökumətin sözçüsü danışıqlara yüksək qiymət verərək, bunun Somalidə sülhün bərqərar olması yolunda imkan olduğunu demişdir.