Accessibility links

ABŞ senatoru Hilari Klinton Əfqanıstanda rəsmi səfərdədir


Birləşmiş Ştatlar senatoru Hilari Klinton Əfqanıstan prezidenti Həmid Karzayi və Amerikanın oradakı hərbi qüvvələrinin liderləri ilə qarşılıqlı maraqlar və hərbi qüvvələrin sayı ilə əlaqədar danışıqlar aparmaq məqsədi ilə Əfqanıstanda səfərdədir. Bu səfərdə onu İndiana ştatından demokrat senator İvan Bey və Nyu York ştatından respublikaçı konqresmen Con MakHyu müşaiyət edir.

Bundan əvvəl Bağdadda səfədə olmuş nümayədə heyəti təriqətlərarası münaqişələrlə əlaqədar Amerikanın hərbi komandirləri və İraqın baş naziri Nuri Əl Maliki ilə danışıqlar aparmışdır. Görüş zamanı İraqın baş naziri əl Maliki prezident Buşun İraqa 20 000 əlavə əsgər göndərməsi planını dəstəklədiyini bildirmişdir. Xanım Klinton isə Amerika xalqının və ABŞ Konqresinin İraq məsələsinə şübhə ilə yanaşdığını bildirmişdir.

XS
SM
MD
LG