Accessibility links

ABŞ-ın İraqla bağlı yeni strategiyasının dərhal nəticə verəcəyi gözlənilmir


ABŞ-ın İraqdakı hərbi komandanı general Corc Keysi İraqın yeni təhlükəslzik planının nəticələrinin bir neçə aydan sonra görünəcəyini bildirib. İraqı tərk etməyə hazırlaşan general bu planın uğurlu olacağına təminat verilmədiyini deyib. General Corc Keysi müxbirlərlə görüşü zamanı Amerikanın İraqla bağlı yeni siyasətinin 3-lə 6 ay ərzində əhəmiyyətli dəyişikliyə yol açmayacağını bildirib. Xatırladaq ki, ABŞ prezidenti Corc Buşun irəli sürdüyü bu plana əsasən İraqa 20 min əlavə əsgəri qüvvə göndərilməsi nəzərdə tutulur. Planın tənqidçiləri bildirilər ki, hər şey İraqın şiə hökuməti ilə təriqətlərarası zorakıqlılara görə günahlandırılan sünnü yaraqlıların əməkdaşlığından asılı olacaq. Xəbərlərdə deyilir ki, Vaşinqton İraqın baş naziri Muri Əl-Malikini təzyiqlər altına qoyub zorakılqıların dayandırılması üçün sərt mövqe tutmasını istəyir. ABŞ-ın İraqdakı hərbi komandanı general Corc Keysi hazırkı planın zorakılqılara mane olunmasında böyük yardımı olacağını bildirib. Belə ki, İraq hökuməti plana güclü dəstək verir.

XS
SM
MD
LG