Accessibility links

İsrail Fələstinə  vergi fondları hesabından pul köçürüb


Israil Fələstin prezidenti Mahmud Abbasa dondurulmuş Fələstin vergi fondları hesabından 100 milyon dollar köçürüb. İsrail rəsmiləri bildirib ki, bu gün təqdim olunan vəsait İordan Çayının Qərb Sahilində və Qəzzada humanitar yardım, eləcə də cənab Abbasın təhlükəsizlik qüvvələrinin gücləndirilməsi üçün nəzərdə tutulub.

İsrail Fələstin rejimi üçün vergilər toplayır. Lakin Həmas bir il bundan əvvəl hakimiyyətə gəldikdən sonra pulların köçürülməsi dayandırılmışdı. Bu İslamçı qrup İsraili tanımaqdan imtina edir və zorakılıqları dəstəkləyir.

Bu arada İsrail mediasının yazdığına görə, müdafiə naziri Əmir Peres işğal altında olan Qərb Sahilində yeni yerləşdirmə planlarının dondurulması barədə göstəriş verib. Bu xəbərlər heç bir rəsmi tərəfindən təsdiqlənməyib. Ötən ay İsrailin Qəzza Zolağından evakuasiya olunmuş yəhudi köçkünlər üçün İordan Çayının Qərb Sahilində başladığı tikinti layihələri beynəlxalq ictimaiyyətin kəskin tənqidinə məruz qalmışdı.

XS
SM
MD
LG