Accessibility links

İran BMT-nin baş katibinə məktub ünvanlayıb


İran BMT-nin baş katibi Ban Ki Muna İraqda ABŞ tərəfindən 5 iranlının həbsi ilə əlaqədar rəsmi məktub ünvanlayıb. Məktubda yanvar ayının 11-də Ərbil şəhərindəki İran ofisində keçirilən reyd qanunsuz, beynəlxalq qanunlar və diplomatik konvensiyaların prinsiplərinin pozulması kimi qiymətləndirilir. İran həbs edilənlərin dərhal azadlığa buraxılmasına çağıraraq, həmin 5 nəfərin İran diplomatı olduğunu və onların İraqda qanuni əsasda fəaliyyət göstərdiklərini bildirir. ABŞ hərbiçiləri iranlıları yerli yaraqlı dəstələri silahla təmin etməkdə günahlandırır.
XS
SM
MD
LG