Freedom House təşkilatının bu həftə açıqladığı illik hesabatda İran yenə də ən repressiv ölkələr siyahısında yer alıb.
Təşkilat bildirir ki, 2006-cı ildə İranda siyasi hüquqlar və vətəndaş azadlığı 2005-ci ilə nisbətən daha çox pozulub.
Ölkə rəhbərliyinin demokratiya uğrunda mübarizlərə qarşı təzyiqləri, toplaşma azadlığı və söz azadlığının pozulduğu hesabatda qeyd edilir.
İran hesabatın azad olmayan ölkələr kateqoriyasında son yerlərdən birini tutur. İranda həm siyasi hüquqlar həm də vətəndaş azadlıqları 6 xalla qiymətləndirilir. Qeyd edək ki, ən aşağı qiymət 7 xaldır.