Accessibility links

Livan donor ölkələrdən yardım alacağına ümid bəsləyir


Livanın baş naziri Fuad Siniora ölkəsinin iqtisadiyyana yardım məqsədi ilə keçirilən konfransda iştirak etmək üçün Parisə gedib. Baş nazir Livanın 40 milyon dollarlıq xarici borclarının yüngülləşdirilməsi və xidmətlərin ödənilməsi üçün 5 milyard dollar yardım alacağına ümid bəsləyir. Qeyd edək ki, cümə axşamı günü keçiriləcək Paris konfransına 30-dan artıq donor ölkə qatılmalıdır. Bu gün Avropa İttifaqı islahatlar və iqtisadi dirçəliş naminə Livana 400 milyon, Fransa isə 650 milyon dollarlıq yardım göstərəcəyinə vəd verib. Bu arada Livanın Tripoli şəhərində hökumətin tərəfdarı və onun əleyhinə olan fraksiyalar arasında atışmalar olduğu xəbər verilir.

XS
SM
MD
LG