Accessibility links

İran prezidenti ABŞ-ın İrana zərbə vurmağa qadir olmadığını deyir


İran prezidenti Mahmud Əhmədinejad Amerika Birləşmiş Ştatlarının İrana ciddi zərbə vurmaq iqtidarında olmadığını bildirib. İranın dövlət televiziyasına müsahibəsi zamanı prezident Əhmədinejad deyib ki, bizim hərbi ekspertlərimiz düşmənimizin hərəkətini izləyir və düşmənimizin hərbi qabiliyyətindən xəbərdardır. Mahmud Əhmədinejad Vaşiqntonun xaricdən Tehranın nüvə fəaliyyətlərini dayandıra bilməyəcəyini deyib. O bildirib ki, Vaşiqntonun vəziyyəti gərginləşdirmək, öz xalqı arasında qorxu və narazılıq yaratmaq cəhdləri yanlışlıqdır. Qeyd edək ki, ABŞ-ın təyyarə daşıyan hərbi gəmiləri artıq İran körfəzinə yaxınlaşır. Amerikanın müdafiə naziri Robert Geyts deyib ki, Amerikanın körfəzə qüvvə yerləşdirməsi bu ölkənin İraq müharibəsi səbəbi ilə Yaxın Şərqdə nüfuzunun zəiflədiyinə dair fikriləri rədd edir.

XS
SM
MD
LG