Accessibility links

Peşəvərdə bir məscidin yaxınlığında bomba partlayışı azı on adamın ölümünə səbəb olub


Pakistan rəsmilərinin bildirdiklərinə görə Peşəvərdə bir məscidin yaxınlığında partlayan bomba azı on adamın ölümünə səbəb olub. Ölənlərin siyahısına yüksək vəzifəli və başqa polis işçiləri də daxildir.

Bu günkü partlayış haqqında hələlik çox az məlumat mövcutdur. Dünən də İslamabadda bir mehmanxananın yaxınlığında həyata keçirilən intiharçı hücum nəticəsində bir keşikçi hələlak olub yeddi adam da yaralanıb. Pakistan rəsmiləri hücumları islamçı yaraqlıların həyata keçirdiklərinə inanırlar.

XS
SM
MD
LG