Accessibility links

Qəzza döyüşləri dördüncü gündür ara vermir


Həmas və Fətah fraksiyalarına sadiq yaraqlılar arasında Qəzza zolağında döyüşlər dördüncü gündür davam edir. Döyüşlər nəticəsində 25 adamın həlak olduğu xəbər verilir. Bu, bir il əvvəl parlament seçkilərindən sonra ən böyük tələfata səbəb olan zorakılıqlardır. Qəzza şəhəri sakinləri top, silahlar və qumbara hücumlarğndan gizlənərək küçələrə çıxmır. Bu gün səhər Fətahın təhlükəsizlik üzrə rəsmisinin evi yaxınlığında bomba partlamış, lakin xəsarət alan olmamışdı.

XS
SM
MD
LG