Accessibility links

İsraildə yenidən intiharçı hücumu olub


Qırmızı dənizin kurort şəhəri Eylatda bir fələstinli intiharçı özünü və üç israillini qətlə yetirib. Bu hücum son səkkiz ay ərzində İsrail ərazisində ilk hücumdur. İsrail polisinin sözçüsü Miki Rosenfel aparılan təhqiqatın bu hücumun intiharçı tərəfindən həyata keçirildiyini sübuta yetirdiyini deyir.

Fələstinin iki yaraqlı qrupu, İslami Cihad və ƏL Əqsa şəhidlər briqadası qrupları hadisənin məsuliyyətini üzərinə götürüblər. Onlar intiharçının Qəzza şəhərinin sakini, 21 yaşlı Məhəmməd Saksak olduğunu deyirlər. Bu qruplar hücumların fələstinlilərin biri-birini deyil, israililləri hədəf almalı olduğunu göstərmək üçün həyata keçirildiyini deyirlər.

Hücum Fətah rəsmiləri tərəfindən qınanılıb. Qeyd edək ki, hücumun məsuliyyətini üzərinə götürən qruplardan biri olan Əl Əqsa Şəhidlər Briqadası Fələstin prezidenti Mahmud Abbasın Fətah partiyasının tərəfdarlarındandır. İsrailin baş naziri Ehud Olmert isə terrorçuların izinə düşüləcəyini bidlirib.

XS
SM
MD
LG