Accessibility links

ABŞ Kərbəladakı hücümda İranın əli olub-olmadığını müəyyənləşdirir


Birləşmiş Ştatlar mətbuatında verilmiş məlumatlara görə, ABŞ Kərbəlada beş Amerikada əsgərinin ölümülə nəticələnmiş hücumda İranın əli olub-olmadığını araşdırır. Nyu York Tayms qəzeti və CNN şirkəti hökumətin adlarının açıqlanmadığı rəsmilərinə istinadən xəbər verib ki, Müdafiə nazirliyi yanvarın 20-də həyata keçirilmiş hücumun iranlılar, ya da İranın təlim verdiyi fəallar tərəfindən həyata keçirlib-keçirilmədiyini müəyyənşləşdirməyə çalışır. ABŞ hərbi qüvvələri bundan öncə bildirmişdi ki, hücum yaxşı hazırlanmış və koordinasiya edilmiş və Amerika hərbiçilərinin uniformasına oxşar geyimdə olan şəxslər tərəfindən həyata keçirilmişdi. Rəsmilər bildmişdilər ki, hücumun belə hazırlıq səviyyəsi onun İraqda yaraqlılıar tərəfindən həyata keçirilməsini şübhə altına qoymuşdur. Ağ ev kərbəla hücumunda İranın əli olduğuna dair "fərziyyə" adlandırdığı mətbuat məluamtlarını şərh etməyib. Mətbuat katibi Toni Snou Amerika əsgərlərini öldürməyə və İraqda qeyri-sabitlik yaratmağa cəhd edən hər bir kəsə qarçı zərbə endirilicəyilə bağlı ABŞ-ın xəbərdarlığını təkrar edib.
XS
SM
MD
LG