ABŞ Müdafiə naziri Robert Geyts deyir ki, Birləşmiş Ştatların İranla müharibə etmək planı yoxdur. O, bu gün Pentaqonda müxbirlərə söyləyib ki, Vaşinqton İranın İraqdakı qiyamçılara yardımının qarşısını almağa və İranın uran zənginləşdirməsini dayandırmasına çalışır.
Pentaqon hazırda İran Körfəzinə ikinci təyyarə daşıyan gəmi göndərir. Başqa xəbərdə Demokrat Senator Hillari Rodham Klinton bildirib ki, ABŞ İraqa qarşı hərbi variantı istisna etməməlidir. Nyu Yorkda İsrail-pərəst lobbiçilər qrupu qarşısında çıxış edən xanım Klinton deyib ki, İranın atom bombası istehsal etməsinə imkan vermək olmaz. İran prezident Mahmud Əhmədinejad isə BMT təzyiqlərinə baxmayaraq ölkəsinin uran zənginləşdirməsinə son qoymayacağını bəyan edib.