Accessibility links

Qəzzədə rəqib fraksiyalar arasında döyüşlər davam edir


Fələstin Muxtar idarəsinin Baş Naziri İsmayıl Həniyyə rəqib fraksiyalara mənsub yaraqlıları Qəzzə şəhərinin küçələrini tərk etməyə çağırıb.

Həmas və Fətah təşkilatının yaraqlıları arasında bu gün hökumət idarələrində, universitetlərdə və təhlükəsizlik xidmətinin baş qərargahında atışmalar baş verib. Həmasın yaraqıları Qəzzə şəhərinin cənubunda yerləşən Rafah şəhərindəki Əl-Qüds universitetinin şöbəsinə raket atıblar. Nəticədə universitet binasının bir hissəsində yanğın baş verib.

Keçən cümə axşamından bəri tərəflər atrasında baş verən toqquşmalar nəticəsində 25 nəfər həlak olub. Prezident Mahmud Abbas və Həmasın lideri Xalid Məşəl cümə günü atəşkəsə razılıq veriblər. Bundan öncə də iki qrup arasında bir neçə dəfə atəşkəs razılığı əldə edilmişdi. Hər dəfə ateşkəs qısa müddət ərzində pozulmuşdu.

XS
SM
MD
LG