Accessibility links

Prezident Buş Demokrat qanunvericiləri əməkdaşlığa çağırıb


Prezident Buş bu gün ABŞ-ın Virciniya ştatında Demokratik Partiyanın qanunvericiləri ilə görüşüb. Özü respublikaçı olan Corc Buş demokratların illik iclasında etdiyi çıxışında demokrat qanunvericiləri birsıra məsələlərdə, o cümlədən İraq məsələsində əməkdaşlığa çağırıb.

Prezident çıxışında deyib ki, respublikaçı və demokrat partiyalar bir yerdə mühüm nailiyyətlər əldə edə bilərlər ancaq onların əməkdaşlıq etməsinə ehtiyac var. ABŞ prezidenti İraq məsələsindən başqa tibbi sığorta, büdcə kəsirinin ixtisarı, təhsil, miqrassiya, enerji sahələrində də demokratları əməkdaşlığa çağırır.

O çıxışında deyib ki, iraq siyasəti barədə debatları məmnunluq hissiylə qarşılayır və iki partiyanın məqsədi də Amerikanın təhlükəsizliyinin təminidir. O İraq hökumətinin güclü rəhbərlik etməsinə ehtiyac olduğunu xatırladıb.

XS
SM
MD
LG