Accessibility links

Yaponiya xarici işlər naziri ABŞ-ın İraq strategiyasını tənqid edir


Tokyodan daxil olan məlumatlara əsasən, Yaponiyanın xarici işlər naziri ABŞ-ın İraqdakı hərbi əməliyyatlarını tənqid etmiş və orada davam edən zorakılıqları qınamışdır. Yaponiya mediası Taro Asoya istinadən bildirir ki, sabiq ABŞ Müdafiə naziri Donald Ramsfeld İraqda sadəlöhv strategiya seçmişdir. Asonun dediyinə görə, Amerikanın İraqdakı hərbi əməliyyatları yaxşı getmədiyinə görə bu gün də orada zorakılıqlar mövcuddur. Aso ötən həftələrdə Amerikanın İraqda taktikasını tənqid edən ikinci ali yapon rəsmisisdir. Keçən ay müdafiə naziri Fumio Kyuma Prezident Buşun İraqda kütləvi qırğın silahları olduğunu güman edərək, həmin ölkəyə hərbi müdaxiləsini “səhv” adlandırmışdı. Bununla belə, Yaponiyanın baş naziri Şinzo Abe deyib ki, Tokionun İraq müharibəsi və ABŞ-ın iraqda müdaxiləsini dəstəkləyən rəsmi mövqeyində dəyişiklik yoxdur.
XS
SM
MD
LG