Accessibility links

Misir prezidenti Fələstin fraksiyalarını sülhə çağırır


Misir prezidenti Hüsni Mübarək deyir ki, Yaxın Şərq sülh danışıqlarının başlamasından əvvəl Fələstinlilər daxili münaqişəni həll etməli və İsraillə əsir mübadiləsi haqda razılığa gəlməlidirlər. Cənab Mübarək bu sözləri dünən Qahirədə səfərdə olan Alman Kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında dilə gətirib. Misir liderinin dediyinə görə, Fələstin qruplaşmaları bir-biri ilə Qəzzəda və Qərb Sahilində döyüşürləri davam etdirənə qədər Fələstinlilər İsraillə sülh danışıqları apara bilməzlər. Yanvar ayından bəri Hamas və Fatah fraksiyaları arasında baş verən toqquşmalar nəticəsində 60-a yaxın Fələstinli qətlə yetirilib.
XS
SM
MD
LG