Accessibility links

Amerika vertolyotları yerdən açılan atəş nəticəsində düşüb


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin rəsmiləri bildiriblər ki, son iki həftədə Amerikanın dörd vertolyotu qəzaya yerdən açılan atəş nəticəsində uğrayıb.

General-mayor Vilyam Kaldvel Bağdadda müxbirlərə deyib ki, təhqiqat gedir, lakin hərbi qüvvələr İraqda vertolyotların harada yerləşdirilməsinin müxtəlif yollarını artıq nəzərdən keçirməyə başlayıb. Bu arada, İraq polisi Bağdadda baş verən bomba partlayışları və atışmalar nəticəsində 13 nəfərin həlak olduğunu bildirib. Hücumlar zamanı dörd polis nəfəri həlak olub.

XS
SM
MD
LG