Accessibility links

Jurnalistləri Müdafiə komitəsi hökumətlərin jurnalislərə qarşı təzyiqlərindən narahatdır


Media hüquqlarının monitorinqi sahəsində aparıcı təşkilat olan Jurnalistləri müdafiə komitəsi xəbər mediası üzərində yeni dövlət nəzarəti modelinin yaranmasından narahatlığını ifadə edib. Qərargahı Nyu Yorkda yerləşən təşkilat Rusiya prezidenti Vladimir Putin və Venesuela prezidenti Hüqo Çavesin bu nəzarəti tətbiq etmək üçün qanunlardan istifadə etdiyi, xəbər mediası üzərində senzura qoyduqlarını ayrıca qeyd edib. Bu gün açıqlanan hesabatda Jurnalistləri Müdafiə komitəsi bildirir ki, bu iki dövlət başçısı demokratiya pərdəsi altında mətbuat azadlığına ağır zərbələr endirir. Komitənin bildirdiyinə görə, 2000-ci ildə Vladimir Putin hakimiyyətə gəldikdən sonra ölkədə 13 jurnalist qətlə yetrilib, qatillərin heç biri ədalət məhkəməsi qarşısına çıxarılmayıb.
XS
SM
MD
LG