Accessibility links

ABŞ və İraq hərbi qüvvələri yeni təhlükəsizlik əməliyyatlarına başlayıb


ABŞ və İraq hərbi qüvvələri son günlər yüzlərlə insanın ölümü ilə nəticələnmiş hücumların qarşısını almaq məqsədilə Bağdadda təhlükəsizlik əməliyyatlarına başlayıblar. Pentaqon sözçüsü qoşun artımının may ayınadək davam edəcəyini deyib.

Bağdaddan gələn yeni məlumatlarda deyilir ki, ABŞ və İraq hərbi qüvvələrinin təhlükəsizlik əməliyyatları Bağdadın sünnilər yaşayan Adəmiyyə hissəsində başlayıb. ABŞ hərbi qüvvələri Şinhuk vertolyotunun qəzaya uğraması nəticəsində 6 nəfərin həlak olduğunu təsdiqləyiblər.

Bu arada, Nyu York Taymz qəzetinin yazdığına görə ABŞ hərbi komandiləri prezident Buşa bildiriblər ki, əgər mülki agentliklər öz üzərlərinə düşən vəzifələri yerinə yetirməsə o zaman yeni İraq strategiyası uğursuzluğa düçar ola bilər. Başqa xəbərdə isə İraqda ötən həftə İran diplomatını girov götürmüş 4 iraqlı zabitin həbs olunduğu deyilir.

XS
SM
MD
LG