Accessibility links

Abdullah Gül Kondoliza Raysla görüşdü


Birləşmiş Ştatların Dövlət katibi Kondoliza Rays Türkiyənin xarici işlər naziri Abdulla Güllə görüşündə İraq və digər məsələləri müzakirə edib.

Dövlət Departamentinin sözçüsü Şon Makkormak Vaşinqtondakı görüşün ictimaiyyət üçün açıq olmadığını bəyan edib. Onun sözlərinə görə, Rays-Gül görüşündə İraqda, Livanda və Kosovoda vəziyyət, habelə Osmanlı imperiyası dövrü ermənilərin iddia etdiyi soyqırımla bağlı Konqresdə keçirilməsi gözlənilən müzakirələrə toxunulub.

Sözçünün bildirdiyinə görə, görüş zamanı habelə Türkiyə və ABŞ-ın terror təşkilatı hesanb etdiyi PKK-nın fəaliyyəti müzakirə olunub. Onun sözlərinə görə, tərəflər PKK və Türkiyənin təhlükəsizlik qüvvələri arasında zorakılıqlara son qoymaq istəyir.

XS
SM
MD
LG