Accessibility links

Ayatolla Əli Xamenei: İran xalqı heç bir təcavüzü cavabsız qoymayacaq


İranın ali ruhani rəhbəri Ayatolla Əli Xameneyi deyib ki, Birləşmiş Ştatlar İrana hücum etsə, onun dünyadakı maraqları hücuma məruz qalacaq. Bu gün İranın hava qüvvələri komandirləri ilə söhbəti zamanı Ayatolla deyib ki, İranın hər bir təcavüzə cavab verəcəyini düşmən yaxşı bilir. Ayatolla Əli Xameneyi Amerika siyasətçiləri və təhlilçilərinin İran xalqının heç bir təcavüzü cavabsız qoymayacağını bildirdiklərini deyib.

Lakin Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Birləşmiş Ştatların İranla müharibəyə başlamaq planı olmadığını deyib.

XS
SM
MD
LG