Accessibility links

Qüdsdə qarşıdurma olub


Qüdsün Qübbət-əs-Səhra məscidində İsrailin təhlükəsizlik qüvvələri ilə müsəlman dindarlar arasında qarşıdurma olub. Qarşıdurmaya İsrail arxeoloqlarının müqəddəs məbəd yaxınlığında həyata keçirdikləri qazıntılar səbəb olub. Qüdsün köhnə şəhərindəki Qübbət-əs-Səhra məscidi və onun ətraflarında toplaşmış yüzlərlə nümayişçiyə qarşı gözyaşardıcı qaz və karıxdırıcı qumbaralarından istifadə edilib. 150 nəfərədək adam Əl-Əqsa məcsidində barrikadalar qurub. İsrail polisinin sözçüsü təhlükəsizlik qüvvələrinin qarışıqlıq yarandıqdan sonra bölgəyə gətirildiyini, lakin onların məscidlərə daxil olmadığını bildirib. Bu gün Qüdsün digər rayonlarında da İsrail polisi ilə gənc ərəblər arasında qarşıdurmaya yol verilib. Qeyd edək ki, gərginlik İsrail buldozerlərinin məscidə aparan taxta pillələri dağıtmasından bəri hökm sürür. İslamçı dindarlar ekskavator əməliyyatlarının Əl-Əqsa məscidinə ziyan vura biləcəyindən şikayətlənir. İsrail arxeoloqları isə dağıntını pillələrin əvəz edilməsi ilə izah edərək, bunun məscidə ziyan vurmayacağını bildiriblər.

XS
SM
MD
LG