Accessibility links

İran Natanzdakı nüvə qurğularında kameralar yerləşdirildiyini  bildirib


Iran Beynəlxalq Atom Enerjisi Agentliyinin Natanzdakı nüvə qurğularında nəzarət üçün kameralar yerləşdirdiyini bildirib. İranın əlaqədar dairələrinin verdiyi məlumata görə indi beynəlxalq agentlik qurğudakı bütün fəaliyyətlərə nəzarət edə bilər.

Münxendə təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda isə İranın nüvə proqramı məsələsi diqqət mərkəzində olub.

Avropa Birliyinin növbəti sədrliyini yerinə yetirən Almaniyanın kansleri Angela Merkel konfransda deyib ki, dünya birliyi İranın hərbi nüvə proqramının qarşısını almaqda qətiyyətlidir.

O bildirib ki, İran ya öz nüvə proqramı barədə daha şəffaf hərəkət edəcək yaxud da beynəlxalq sahədə daha çox təcrid olunacaq.

XS
SM
MD
LG