Accessibility links

Vaşinqton Vladimir Putinin bəyanatından təəccüblənib


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts NATO ölkələrini Rusiya ilə təhlükəsizlik məsələləri üzrə işləməyə çağırıb.

O deyib ki, Bir soyuq müharibə dünya üçün kifayət edər. Bu gün Münhendə keçirilən NATO toplantısında çıxış edən Geyts Birləşmiş Ştatların öz sərhədlərini aşaraq yeni silah yarışına rəvac verdiyi barədə Rusiya prezidenti Vladimir Putinin fikirlərini təkzib edib.

Şənbə günü konfransda çıxış edən cənab Putin NATO-nun genişlənməsini də pisləyərək alyansın hərbi qüvvələri Rusiyanın qapısının kandarına yığdığını, bunun isə qarşılıqlı etimada zərbə vurduğunu deyib.

Ağ Ev bu bəyanatdan təəccübləndiyini və cənab Putinin ittihamlarının yanlış olduğunu bildirib. Robert Geyts həmşinin NATO-nu müdafiə xərclərini artırmağa və Əfqanıstana daha çox qoşun və pul ayırmağa çağırıb.

XS
SM
MD
LG