Accessibility links

Vaşinqtondan baxış: Söz azadlığı və İran


Vaşinqtondan baxış rublikasında Amerika Birləşmiş Ştatlar hökumətinin siyasətinin izahını təqdim edirik

Qeyri hökumət qrupu Human Rights Watch İranın 7 yazıçısını Qrant mükafatı ilə təltif edib. Onlar siyasi repressiyalara cəsarətlə tab gətirdiklərinə görə bu mükafata layıq görülüb. İranın 7 yazarı Human Rights Watch mükafatı ilə təltif olan 22 ölkədən 45 yazıçılar sırasına daxildir.

Mükafata layıq olanlar arasında 2004-cü il sentyabrda həbs edilən və 60 gün kamerada saxlanılan təhqiqatçı jurnalist Ruzbeh Mir İbrahimi, İran kəşfiyyat agentlərinin İranın yazar və dissidentlərini öldürməkdəki rolu barədə məqalə yazdığına görə 2004-cü ildə həbs edilən şair və jurnalist Şahram Rəfizadə, 2005-ci ildə Tehran hökuməti tərəfindən insan hüquqlarının pozulması haqda məqalə yazdılğına görə həbs edilən Araş Siqarçi, İran Azərbaycanında insan hüquqlarının tapdalanması barədə məqələlər yazan İnsafəli Hidayət də var.

Onu 2003-cü il iyun ayında həbs etmiş və 74 gün təkadamlıq kamerada saxlamışlar. 18 aydan sonra İnsafəli Hidayəti həbsdən azad etmişlər. O, özünün təcrübəsinə əsasən İranda siyasi məhbusların nə kimi işgəncələrə məruz qaldığından söz açır.

Cənab Hidayət deyir ki, İranda olduqca çox həbsxana və çoxlu sayda siyasi məhbus var.

Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyir ki, Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatı, xarici dövlətlər və beynəlxalq qeyri hökumət təşkilatları vasitəsilə İranda əhaliyə qarşı olan təqiblərə son qoyulması və burada insan hüquqları ilə bağlı acınacaqlı vəziyyətin düzəlməsi üçün İran rejiminə təzyiq göstərilməsi istiqamətində beynəlxalq ictimaiyyətlə işləyir.

Bu, Vaşinqtondan baxış rublikasında Amerika Birləşmiş Ştatlar hökumətinin siyasətinin izahı idi

XS
SM
MD
LG