Accessibility links

Şimali Koreya nüvə obyektlərinin bağlanmasına razılıq verdi


Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar 6 gün davam edən danışıqlar öz bəhrəsini verdi. Amerikanın Səsinin müxbiri Kurt Açin Pekindən xəbər verir ki, Şimali Koreyanın nümayəndə heyəti nüvə obyetklərinin bağlanmasına razılıq verdilər.

Altıtərəfli danışıqlarda Birləşmiş Ştatlar nümayəndə heyətinin başçısı, Birləşmiş Ştatlar dövlət katibinin yardımçısı Kristofer Hill Şimali Koreyanın nüvə obyektlərinin bağlanması razılığını irəliyə doğru addım və silahsızlaşmaya başlanğıc adlandırıb. Cənab Hill Şimali Koreyanın nüvə silahının diplomatik və iqtisadi benefitlərlə əvəz olunacağını deyib.

Qeyd edək ki, Şimali Koreya yanacaq və digər yardımlar qarşılığında 60 gün ərzində nüvə obyektlərinin bağlanmasına razılıq verib. Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqların iştirakçısı, çinli nümayəndə Vu Daveyin dediyinə görə, razılığa əsasən Şimali Koreyanın Yongbyon nüvə kompleksinin işi dayandırılmalı və ovyekt beynəxlaq müfəttişlərə açılmalıdır. Bunun əvəzində Şimali Koreya 50 000 ton yanacaq əldə edəcək.

XS
SM
MD
LG