Accessibility links

Prezident Buş Ağ evdə mətbuat konfransı keçirib


Prezident Buş Ağ Evdə bu ilin ilk mətbuat konfransını keçirib. ABŞ prezidenti İraqda vəziyyət və Şimali Koreya ilə nüvə proqramının dayandırılması haqda mühüm razılığın əldə olunması məsələlərini geniş şərh etdi. Prezident Buşun 2007-ci il başlayandan ilk mətbuat konfransı Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında onun İraqa 21 min nəfərdən ibarət əlavə əsgəri qüvvə göndərmək planının əleyhinə çıxan qətnamə üzrə debatların başladığı vaxta təsadüf edir. Cənab Buş dedi ki, Konqres üzvləri onun əlavə əsgəri qüvvə göndərmək planına etirazlarını ifadə etmək hüququna malikdir. Lakin prezident onu da qeyd etdi ki, o, öhdəliksiz qətnamənin hərbi qüvvələrin lazımi işləri görməsinin qarşısını ala biləcək tam qüvvəli qətnamə olmasını istəmir.
Prezident Buş mətbuat konfransı zamanı İraqda hərbi qüvvələrin sayının artırılması planını müdafiə edərək bildirdi ki, ölkəni tərk etmək Amerikada insanlar üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. O bildirdi ki, İraqda ABŞ hərbi qüvvələrinin yeni komandiri general Deyvid Petraesla telefonla söhbət edib və yeni təhlükəsizlik planı həyata keçirilir.
İranla bağlı sualı cavablandıran prezident Buş dedi ki, İran liderlərinin İraqda yaraqlıları partlayıcı maddələrlə təmin etməsinə əmr verdiyini bilmir. Lakin o dedi ki, silahların İrandan gətirildiyini, onlardan İraqda istifadə olunduğunu və bu silahların ABŞ hərbi qüvvələrinə qarşı istifadə edildiyini bilir.
Konfrans zamanı prezident Buş qeyd etdi ki, o, Pekində Şimali Koreyanın nüvə proqramına son qoymaq ətrafında altıtərəfli danışqlar çox mühüm addımdır. Lakin prezident Buşun dediyi kimi, hələ görülməli çox iş var. Onun sölzərinə görə, bu unikal bir razılıqldır, belə ki, onun əldə olunması üçün Şimali Koreyanın qonşuları və Amerika Birləşmiş Ştatları bir araya gəlmişlər. ABŞ prezidenti bildirdi ki, proses gedir və dedi ki, bu, ilk yaxşı addımdır.

XS
SM
MD
LG