İspaniyanın paytaxtı Madriddə 2004-cü ildə qatarda 191 nəfərin ölümü, 1800 nəfədən çoxunun yaralanması ilə nəticələnən bomba hücumunda əli olanların məhkəməsi başlayıb. Ölkədə terrorizm təhlükəsi səviyyəsinin qaldırıldığı və məhkəmə binasının təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alındığı bildirilir.
Qeyd edək ki, bomba hücumuna başçılıq etməkdə günahlandırılan 4 nəfərdən biri, Rabil Osman Seyyid Əhməd suallara cavab verməkdən imtina edərək, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Hücum zamanı bədən xəsarəti almış bir neçə nəfərin də dindiriləcəyi bildirilir.