Accessibility links

Pakistanda məhkəmə zalında intiharçı hücumu


Pakistanın Quetta şəhərindəki məhkəmə zalında intiharçı tərəfindən edilən hücum 15 nəfərin ölümünə, 25 nəfrin isə yaralanmasına səbəb olub. Pakistan polisi bildirir ki, Bəlucistan vilayətinin mərkəzi Qvetta şəhər məhkəməsinin zalındakı intiharçının bomba hücumu nəticəsində baş hakim Əbdül Vahid və bir neçə vəkil də həlak olub. Hücum zamanı yaralanan 25 nəfərin çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Vilayətin polis idarəsinin rəhbəri Tariq Xosa istintaqın aparıldığını deyib. Hələlik hücumun məsuliyymətini üzərinə götürən olmasa da, bunun arxasında ya Əfqanıstandakı yerli və xarici hərbi qüvvələrə qarşı hücumlar planlaşdıran Taliban liderlərinin, yaxud yerli Bəluc qiyamçılarının durduğuna inanılır.

Xatırladaq ki, etnik Bəluc qiyamçıları daha geniş siyasi hüquqlar və vilayətin təbii qaynaqlarının bərabər bölüşdürülməsini tələb edirlər.

Qeyd edək ki, son zamanlar Pakistan Birləşmiş Ştatların və Əfqanıstan hökumətinin təzyiqləri altında ərazisində olan yaraqlılara qarşı əməliyyatları gücləndirib.

XS
SM
MD
LG