Belarusun hava qüvvələrinin komandiri, general-mayor İqor Azaryonok bildirir ki, ABŞ-ın Polşa və Çex respublikasında raketlərdən müdafiə sistemini yerləşdirməsi regionda gərginliyin artmasına səbəb olacaq. Bu gün Minskdə çıxış edən general-mayor Belarusun ABŞ-ın raketlərdən müdafiə sisteminin dağıda biləcəyi silahlara malik olmadığını deyib. Qeyd edək ki, Polşa Belarusun qərb, Çex Respublikası isə cənub-qərb sərhədlərində yerləşir.