Accessibility links

Yaxın Şərq kvarteti sülh səylərini müzakirə edir


Yaxın Şərq üzrə beynəlxalq kvartet bu gün Berlində İsrail-Fələstin sülh prosesinin canlandırılması səylərini müzakirə edir. Avropa Birliyi, Rusiya, BMT və Birləşmiş Ştatların yüksək səviyyəli diplomatlarının görüşü ABŞ Dövlət katibi Kondoliza Raysın İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar keçirmək üçün Yaxın Şərqə səfərindən sonra keçirilir. Dördlüyün görüşündən öncə xanım Rays sülh səyləri üzrə kvartetin Fələstin dövlətinin yaradılması prinsiplərilə razılaşdığını bir daha müxbirlərə bildirib. Bu günkü görüşdən əvvəl Rusiyann xaici işlər naziri Sergey Lavrov deyib ki, dördlüyün yeni Fələstin hökumətinə dəstək verəcəyinə və Fəlsətin muxtaliyyətinə yardıma qoyulmuş embarqonun aradan qaldırılacağına ümid bəsləyir.
XS
SM
MD
LG