Accessibility links

Haaretz: Suriya qoşunlarını sərhəddə cəmləşdirir


İsrail qəzetləri xəbər verirlər ki, Suriya hərbi qüvvələri İranın köməyi ilə özünün misli görünməmiş manevrlərə başlayır və onun qoşunları İsrail sərhədlərinin yaxınlığında yerləşdirilir.

Gündəlik Haaretz qəzeti bildirir ki, Suriya qoşunları bütün ərazilərdə səfərbər edilir və hava qüvvələrinin zəifliyini nəzərə alaraq, uzun məsəfəli raketlərə xüsusi diqqət verilir.

Məlumatda deyilir ki, Suriya qoşunlarının Holan yüksəkliklərindəki hərbi hərəkətləri, 1973-cü il Yum Kipur müharibəsindəki hücum ərəfəsindəki hərəkətləri xatırlayır. Son on ərzində İsrail ilə Suriya arasında açıq münaqışələr baş verməsə də, rəsmi olaraq bu ölkələr müharibə vəziyyətindədilər.

XS
SM
MD
LG