Accessibility links

Bağdad kollecində intihar bomba hücumu həyata keçirilib


İraq polisi bildirir ki, Bağdadın idarəetmə və iqtisadiyyat kolleci yaxınlığında həyata keçirilmiş intihar bomba hücumu nəticəsində azı 40 nəfər həlak olub, 30-dan çox adam yaralanıb. Polis ölənlərin çoxunun tələbə olduğunu bildirib. Şiələrə məxsus kollec Mustansiriyyə universitetinin filialıdır. Keçən ay bu universitetin iki dəfə hücuma məruz qalması nəticəsində azı 70 nəfər həlak olmuşdu. İraq polisi həmçinin bildirib ki, bu gün Bağdadda bir sıra bomba partlayışları baş verib və raket atəşi nəticəsində 10 nəfər həlak olub. Bu gün habelə İranın Bağdadakı səfirliyinndən təxminən 100 mert məsafədə maşına qoyulmuş bomba partlayıb Hücum nəticəsində yoldan keçən iki nəfər ölüb.
XS
SM
MD
LG