Accessibility links

Əhmədinejad:İran nüvə proqramını dayandırmayacaq


İran prezidenti Mahmud Əhmədinejad deyib ki, beynəlxalq təzyiqlərə baxmayaraq, İran heç bir vaxt mübahisəli nüvə proqramını dayandırmayacaq. Bu haqda məlumat verən İran mətbuatı bildirir ki, prezident Əhmədinejad İranın nüvə yanacağı istehsalı üçün texnologiyaları inkişaf etdirməsinin qarşısını saxlamağın mümkün olmadığını deyib. İran fevralın 21-i BMT-nin Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsi proqramını dayandırmadığı təqdirdə mümkün iqtisadi sanksiyaların tətbiqi üçün qoyulmuş möhlətə əməl etməyib. Bu gün Fox televiziyasına mühasibəsi zamanı Dövlət katibi Kondoliza Rays deyib ki, İran uranın zəngiləşdirilməsi proqramını dayandımalıdır. O, İran mübahisəli nüvə fəaliyyətlərini dayandırdıqda İran rəsmilərilə görüşmək təklifini bir daha təkrar edib.
XS
SM
MD
LG