Accessibility links

Bosniyalılar beynəlxalq məhkəmənin qərarına etiraz edib


Bu gün Sarayevoda minlərlə insan Beynəlxalq məhkəmənin Serbiyanı 90-cı illərdə Bosniya Herseqovinada soyqırım törətməkdə günahkar bilməməsinə etiraz əlaməti olaraq nümayiş keçirib.

Hakim Rozalin Hiqqins bu gün bildirib ki, qətllərə görə serb qüvvələri məsuliyyət daşıyır. Lakin o, qətllər barədə əmrlərin Belqraddan gəlməsinə dair heç bir sübutun olmadığını da deyib. Serbiya prezidenti Boris Tadiş qərarı alqışlayıb.

Lakin o öz xalqını serb qüvvələri tərəfindən 1995-ci ildə Srebrenitsanın alınmasından sonra 8 minə qədər müsəlman kişi və uşağın öldürülməsi faktını qəbul etməyə çağırıb. Bosniya müsəlmanları və Xorvat liderləri isə məhkəmə qərarının soyqırımların cəzasız qalması barədə yanlış mesajlar verir.

XS
SM
MD
LG