Accessibility links

Almaniya ticarətə qoyulan maneələrin aradan qaldırılmasını istəyir


Almaniya kansleri Angela Merkel qlobal ticarətə qoyulan maneələri aradan qaldırmaq üçün razılığa ehtiyac olduğunu bildirib. Xanım Merkel deyib ki, Almaniya Doha ticarət danışıqlarının müvəfəqiyyətli sonuna gətirilməsi üçün əlindən gələni edəcək. Almaniya hazırda həm Avropa Birliyinə həm də Səkkizlər Qrupuna prezidentlik edir.

Dünya Ticarət Təşkilatının Doha danışıqları 5 il bundan öncə başlayıb və iyulda kənd təssərüfatı subsidiyalarına və varlı dövlətlərin tariflərinə görə dayandırılıb. Almaniya dünyanın ən iri ixracatçısıdır.

XS
SM
MD
LG