Accessibility links

İran prezidentinin Səudiyyə Ərəbistanına səfəri gözlənilir


İran rəsmilərinin bildirdiyinə görə, prezident Mahmud Əhmədinejadın regiondakı münaqişə üzrə danışıqlar aparmaq məqsədi ilə şənbə günü Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir. Qeyd edək ki, İran və Səudiyyə rəsmiləri bundan əvvəl də Livandakı vəziyyəti - İranın dəstəklədiyi müxalifətdəki Hezbullahla Səudiyyə Ərəbistanı və qərbin dəstəklədiyi baş nazir Fuad Siniora arasındakı münaqişəni müzakirə etmişlər. Səudiyyə Ərəbistanı eləcə də İranın Yaxın Şərqdə nüfuzunun artmasından narahat olan bir sıra ərəb ölkələrindəndir. İran ərəb ölkəsi olmasa da ərəb ölkələrindəki şiələr arasında nüfuza malikdir.
XS
SM
MD
LG