Bu gün Estoniyada ölkənin 3 il əvvəl Avropa İttifaqına qoşulmasından sonra ilk parlament seçkiləri keçirilir. Baltik xəbər agentliyinin məlumatında deyilir ki, səsvermə hüququna malik olan əhalinin günortaya qədər səsvermədə üçdə bir hissəsi iştirak edib. Seçkilərdən əvvəl keçirilən rəy soğruları göstərib ki, baş nazir Andrus Ansipin sağ mərkəzçi İslahat partiyası və sol meyilli Mərkəz partiyası 101 yerli parlamentdə əksər yerləri əldə edəcək.