Accessibility links

İrana qarşı qətnamə yekunlaşdırılmayıb


Dünyanın 6 qüdrətli ölkəsi İranın nüvə fəaliyyətlərinə görə saksiyalar irəli sürülən qətnaməni yekunlaşdıra bilməyib. ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya dünən qətnamə layihəsininin yekunlaşdırılması məqsədi ilə tele-konfrans keçirmişdi. Amerika rəsmilərinin bildirdiyinə görə, qətnamənin müzakirələr zamanı nəticə verəcəyinə ümid var idi. ABŞ Dövlət Departamentinin sözçüsü Kurtis Kuper bildirib ki, müzakirələr BMT-də davam etdiriləcək. O, tərəflərin qətnamənin yaxın gələcəkdə işlənib hazırlacağından əmin olduqlarını deyib.

XS
SM
MD
LG