Accessibility links

İndoneziyada zəlzələ 70 adamın ölümünə səbəb olub


İndoneziyanın Sumatra adasında baş verən güclü zəlzələ nəticəsində 70 adam həlak olub, çoxsaylı binalara ziyan dəyib. Zəlzələnin qücü Rixter şkalası ilə 6.3 ball olub. Təxminən 2 saatdan sonra bu ərazidə 6 ball qücündə daha bir zəlzələ baş verib. Rəsmilərin verdiyi məlumata qörə, yüzlərlə insan müxtəlif dərəcəli xəsarətlər alıb. Zəlzələnin təsiri yüzlərlə kilometr məsafədə yerləşən Singapur və Malayziyada da hiss edilib, Zəlzələnin episentrinə yaxın Qərbi Sumatranın paytaxtı Padangda bir neçə bina dağılıb. Sumatranın Solok şəhərinin meri xəstəxana və digər müalicə mərkəzlərinin yaralılarla dolu olduğunu bildirib. Xəbərlərdə ölənlərin 4-nün məktəbli olduğu bildirilir.

XS
SM
MD
LG