Somalinin paytaxtı Moqadişuda şahidlərin sözlərinə görə, Afrika Birliyinin sülh məramli hərbi qüvvələri paytaxta gələn vaxt qiyamçıların atəşinə məruz qalıblar. Sülhməramlı qüvvələrin cavab atəşi açıb. Atışma nəticəsində 11 mülki vətəndaş həlak olub. Sülhməramlı qüvvələr itkiyə məruz qalmayıb, lakin iki əsgər yüngül yaralanıb.
Bu həftə Uqandadan təxminən 800 sülhməramlı əsgər Somaliyə gəlməlidir. Onlar Afrika Birliyinin 8 minlik sülhməramlı desantının ilk hissəsidir. Sülhməramlı qüvvələrin əsas vəzifəsi Somalinın müvəqqəti hökumətinə ölkədə sabitliyin bərpasına yardım etməkdir.