Accessibility links

İrandan qaçan generalın məxfi məlumatlara malik olduğu bildirilir


Vaşington post qəzeti yazır ki, ötən ay Türkiyədə səfərdə olan İranın yüksək rütbəli rəsmisi Əli Reza Əsgəri Qərbin kəşfiyyat xitmətlərilə əməkdaşlıq edirmiş.

Qəzet Birləşmiş Ştatların yüksək vəzifəli rəsmisinə istinadən qeyd edib ki, Əli Reza Əsgəri Livanda Hezbolla qrupu və İranın bu qrupla əlaqələri barədə mükəmməl məlumata malikdir. Lakin Amerika rəsmisi Əsgərinin harada olduğu barədə məlumat verməyib.

Dünən Əş Şərq ul Avsat qəzeti yazmışdı ki, hazırda Əsgəri Şimali Avropadadır və Birləşmiş Ştatlara getməzdən öncə onu Amerika kəşfiyyat xitmətinin rəsmiləri dindirirlər.

XS
SM
MD
LG