Accessibility links

Bağdada daha artıq hərbi qüvvə yerləşdiriləcək


Amerika Birləşmiş Ştatlarının İraqdakı hərbi komandiri, general Devid Petrausun bildirdyinə görə, yaraqlıların hücumları artdığını nəzərə alaraq, Bağdad ətraflarına daha artıq hərbi qüvvə yerləşdiriləcək.

Amerikanın İraqdakı qüvvələrinin yeni komandiri deyib ki, əlavə qüvvələr, əsasən, sünni ekstremistlərin cəmləşdiyi Diyala vilayətinə yerləşdiriləcək. Lakin general eyni zamanda zorakılıqların qarşısının alınması üçün hərbi tədbirlərin kifayət etmədiyini deyib.

O, ABŞ-ın dəstəklədiyi hökumətin əleyhinə olan yaraqlı qruplarla siyasi müzakirələr keçirilməsinin zəruriliyini vurğulayıb. Devid Petraus ABŞ və İraq qüvvələrinin 3 həftə əvvəl başladıqları təhlükəsizlik əməliyyatlarından bəri həyata keçirilən hücumlarla bağlı məlumat verib.

Təkcə son bir neçə gündə 150-dən artıq zəvvarın qətlə yetirildiyi İraqa Pentaqon əlavə 17500 əsgərdən ibarət qüvvə göndərəcəyinə söz verir.

XS
SM
MD
LG