Accessibility links

Gürcüstan və Yaponiya əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər


Yaponiyanın baş naziri Şinzo Abe və Gürcüstan prezidenti Mixail Saakaşvili iki tərəfli əməkdaşlığın genişləndirilməsinə razılıq veriblər.

5 günlük rəsmi səfərlə Yaponiyada olan cənab Saakaşvili Yaponiyanın BMT- Təhlükəsizlik Şurasının qeyri daimi üzvlüyünə namizədliyini dəstəklədiyini bildirib. Prezident Saakaşvili Yaponiyaya səfərini başa çatdırmazdan öncə Yaponiyanın imperatoru Akihito ilə görüşəcək.

O, Yaponiyadan öncə Astanada prezident Nursultan Nazarbayev ilə iki tərəfli ticarət, sərmayə qoyuluşu və Qazaxıstanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində iştirakı kimi məsələləri müzakirə etmişdi.

XS
SM
MD
LG