Əfqanıstan rəsmiləri bildirirlər ki, talebanlar ölkənin cənubunda bir polis patrulunu pusquya salaraq, 8 polis zabitini öldürüb, ikisini yaralayıblar. Əfqanıstanın sərhəd təhlükəsizliyi qüvvələrinin rəisi general Məhəmməd Raziq Xan deyib ki, talibanlar dünən axşam Qəndəhar vilayətinin Pakistan sərhəddi yaxınlığındakı Arqasan mahalının polis məntəqəsinə hücum ediblər. Rəsmilər deyirlər ki, talibanlar dərhal məntəqəni tərk ediblər. Bu arada, Əfqanıstan polisi bildirir ki, Fərəh vilayətində intiharçının təhlükəsizlik qüvvələrinin maşın karvanına hücumu nəticəsində bir polis nəfəri həlak olub, üç polis yaralanıb.