İraqın şiə baş naziri Nuri Əl-Maliki sünnü ərəblərin istehkamı olan Ramadi şəhərinə gözlənilməz səfər edib. Xəbərlərdə deyilir ki, cənab Əl-Maliki yerli qəbilə liderləri, hökumət nümayəndələri, habelə İraq və ABŞ-ın təhlükəsizlik qüvvələrinin komandirləri ilə görüşlər keçirib. Baş nazir Nuri Əl-Malikinin Əl-Ənbar vilayətinə bu simvolik səfəri Amerika və İraq qüvvələrinin Bağdadda təriqətlərarası zorakılıqlara son qoyulması əməliyyatlarının artırıldığı vaxta təsadüf edir.